AZ

1-ci Liqa: "Səbail" 3 xalı 2 qolla qazandı

Azərbaycan 1-ci Liqasında açılış turunun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 oyun keçirilib.

Çempionatın favoritləri mövsümə inamlı qalibiyyətlə başlayıblar. "Şəfa" bu il 1-ci Liqaya yüksələn digər kollektivi - "Şimal"ı 2 cavabsız qolla məğlub edib. 
Ötən mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutaraq aşağı dəstəyə yuvarlanan "Səbail" isə Ramiz Məmmədovlu "Mingəçevir"dən üstün olub. 

Azərbaycan 1-ci Liqası
1-ci tur
12 sentyabr 

“Şəfa” – “Şimal” 2:0
Qollar:
Emin Zamanov, 23-pen. Elnur Cəfərov, 51.
Qolla nəticələnməyən penalti: Emin Zamanov, 35.

“Səbail” – “Mingəçevir” 2:0
Qollar:
Afonso Almeyda, 36. Emil Qasımov, 61.

Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq:

13 sentyabr 

16:30. “Baku Sportinq” – “Difai” 
 

Seçilən
9
fanat.az

1Mənbələr