Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
“Cebheinfo.az” xəbər verir ki, turun ilk oyununda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşıb.
Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək.
“İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
4-cü tur
12 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan” 0:2
Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu, 17:45.
“Cebheinfo.az”