AZ

Fernando Alonso Azərbaycan Qran Prisində Formula 1 tarixində yeni rekorda imza atacaq

Bakı. Trend:

Aston Martin komandasının sürücüsü Fernando Alonso Formula 1tarixində yeni səhifə açmaqda davam edir.

Trend-inməlumatına görə, ikiqat dünya çempionu qarşıdan gələn AzərbaycanQran Prisində karyerasının 418-ci yarışına çıxaraq, çempionattarixində start sayına görə rekordunu bir daha yeniləyəcək. 22-cimövsümünü keçirən ispan pilot hələlik idmandan ayrılmağıplanlaşdırmır.

Alonso azarkeşlərin ən çox xatırladığı 2012-ci ildə Valensiyadaqazandığı qələbəni xüsusi vurğulasa da, özü üçün 2011-ci ildəMalayziyada baş tutan yarışı önəmli hesab etdiyini bildirib. Onunsözlərinə görə, həmin yarışda ciddi sürət qutusu problemləri iləüzləşməsinə baxmayaraq, finişi 6-cı pillədə tamamlayıb və komandayoldaşı Felipe Massadan 20 saniyədən çox geri qalıb.

Qeyd edək ki, Fernando Alonso 2016-cı ildə Bakıda keçirilən ilkFormula 1 yarışının – o vaxt Avropa Qran Prisi adlanırdı – ulduzsəfiri olub. 2025-ci il Azərbaycan Qran Prisi sentyabrın 19-dan21-dək baş tutacaq.

Seçilən
31
az.trend.az

1Mənbələr