AZ

BMT-də tarixi qərar: Fələstin dövlətinə dəstək — 142 ölkə “hə” dedi

Musavat.com xəbər verir ki, BMT Baş Assambleyası 142 səs lehinə, 10 səs əleyhinə olmaqla, 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən “Nyu-York Bəyannaməsi”ni qəbul edib.

Qətnamənin təşəbbüskarları Fransa və Səudiyyə Ərəbistanı olub. Sənəd BMT tarixində Fələstin məsələsində ən geniş dəstək toplayan sənədlərdən biri kimi qiymətləndirilir.

Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. 12 ölkə, o cümlədən Kamerun, Danimarka, Moldova və Şimali Makedoniya səsvermədə bitərəf qalıb.

İsrailin Xarici İşlər Nazirliyi qətnaməni kəskin şəkildə rədd edərək, BMT Baş Assambleyasını “siyasi sirk” adlandırıb.

Bu qərar Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük əksəriyyətinin iki dövlətli həll modelinə açıq dəstəyini göstərir. Ekspertlərə görə, qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, amma siyasi rəmz olaraq həm İsrailə, həm də dünya ictimaiyyətinə güclü mesaj göndərir: Fələstin məsələsində beynəlxalq konsensus getdikcə daha da möhkəmlənir.

 

Musavat.com

Seçilən
22
2
musavat.com

3Mənbələr