AZ

Danimarka tarixində ən böyük HHM sistemi alışını edib

Danimarka ölkənin tarixində ən böyük hava hücumundan müdafiə (HHM) sistemləri alışını həyata keçirib, ümumi dəyəri 9 milyard dollar olan satınalmada Avropa istehsalı sistemləri seçilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times hərbi nazirliyə istinadən məlumat yayıb.

Məqalədə bildirilir: “Danimarka hökuməti ölkənin tarixində ən böyük HHM sistemi alışını həyata keçirərək amerika sistemləri əvəzinə Avropa sistemlərini seçib”.

Qəzetin məlumatına görə, 11 sentyabrda hökumət quru-hava SAMP/T sistemlərini Avropa istehsalı şirkət Eurosam-dan və həmçinin orta mənzilli HHM komplekslərini Norveç, Almaniya və ya Fransa istehsalı şirkətlərindən almağı planlaşdırdığını açıqlayıb.

Seçilən
0
nocomment.az

1Mənbələr