AZ

Mourinyonun işləmək istədiyi klub bilindi

“Fənərbaxça”dan istefaya göndərilən Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər. Metbuat.az xəbər verir ki, “Vest Hem Yunayted” klubunun Joze Mourinyonun xidmətində maraqlı ola biləcəyi iddia edilir. “Football Insider”in xəbərinə görə, “Vest Hem Yunayted” Qrem Potterlə yollarını ayıraraq, onu portuqaliyalı məşqçi ilə əvəzləyə bilər. Əvvəllər “Mançester Yunayted” və “Blackburn Rovers”də çalışmış və Premyer Liqa klubları ilə sıx əlaqələri olan skautinq şefi Mik Braunun sözlərinə görə, Mourinyo “Vest Hem Yunayted”dən gələn təklifi nəzərdən keçirə bilər.

Bildirilir ki, Joze Mourinyonun Londonda evi var və o, Londona qayıtmaq istəyir.

Seçilən
13
1
metbuat.az

2Mənbələr