AZ

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

"Asterix" şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Piter Henvey smartfonların mikrofonu vasitəsilə dinlənilmə üsulu barədə danışıb.

BAKU.WS xəbər verir ki, onun fikrincə, bu proses xüsusi "söz-triqqerlər"in qurulması ilə baş verir.

Henveyin sözlərinə görə, ən ehtimal olunan "casuslar" arasında mobil cihazlardan sahibinin razılığı olmadan məlumat toplayan "Facebook" xidmətləri var. Smartfonlarda dinləmə xüsusi söz-triqqerlərlə aktivləşdirilə bilər.

Əksər tətbiqlər cihazın mikrofonuna giriş icazəsi tələb edir, lakin geniş yayılan fikrin əksinə olaraq, eşidilənləri üçüncü tərəflərə ötürmürlər. Səs yazısı və məlumatların emalı çox vaxt yalnız müəyyən söz-triqqerlərdən sonra başlayır (məsələn, "Salam, Siri" və ya "Ok, Google"). Mütəxəssis hesab edir ki, oxşar mexanizmlər digər tətbiqlərdə də işləyə bilər.

Henvey ehtimal edir ki, "Facebook" və ya Instagram minlərlə söz-triqqerdən istifadə edərək smartfon sahibinin danışığını analiz edə bilər.

Beş gün ərzində o, casus mexanizmi üçün "işarə" ola biləcək ifadələri sınaqdan keçirib. Onun halında təhsil və ucuz köynək almaqla bağlı cümlələr işə yarayıb. Bundan sonra xəbər lentində müxtəlif təhsil müəssisələrinin və ucuz geyimlərin reklamı qəfil peyda olub.

Henvey əmin olduğunu bildirib ki, heç bir şirkət toplanan məlumatları birbaşa reklam verənlərə satmır. Onları özü emal edir. Bundan başqa, o qeyd edib ki, bu məlumatlar xüsusi xidmət orqanları üçün əksər hallarda faydasızdır və əsasən reklamların hədəflənməsi üçün istifadə olunur.

Seçilən
14
1
far.az

2Mənbələr