Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Misli Premyer Liqasının IV turunda "Qarabağ" və "Zirə" klubları üz-üzə gəlib. Görüş maraqlı idman mübarizəsi şəraitində keçib və 1:1 hesabı ilə başa çatıb.
BAKU.WS-in məlumatına görə, oyunda hesabı "Zirə" açıb. 39-cu dəqiqədə Ruan penaltidən dəqiq zərbə vuraraq komandasını önə çıxarıb – 0:1. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə "Qarabağ" bərabərlik qolunu tapa bilib. 81-ci dəqiqədə Kadi dəqiq zərbə ilə fərqlənərək hesabı 1:1 edib.
Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qolu üçün cəhd göstərsə də, nəticə dəyişməyib. Beləliklə, tərəflər meydanı bir xalla tərk ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.