AZ

Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - VİDEO

Bakıda 170 nömrəli avtobus qəzaya düşüb.

Bizim.Media trend-ə istinadən xəbər verir ki, hadisə Xocasən yolunda qeydə alınıb.

Belə ki, qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.



Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Bizim.Media

Seçilən
6
11
bizim.media

10Mənbələr