AZ

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

“Polşa dron hücumundan sonra Rusiya ilə diplomatik əlaqələri kəsməyəcək, lakin rusiyalı diplomatların fəaliyyətini məhdudlaşdıracaq”.

Bizim.Media xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bildirib.

“Diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və düşmənlərlə də qorunur”, — deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, dünyada təxminən iki min rusiyalı diplomat fəaliyyət göstərir və onların bir qismi diplomatiyaya xas olmayan üsullardan istifadə edir.

Sikorski digər Aİ ölkələrini də Rusiya diplomatlarının fəaliyyətini məhdudlaşdırmağa çağırıb.

Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr