AZ

Boks üzrə Avropa çempionu qətlə yetirildi

BAKI, 12 sentyabr. TELEQRAF

Boks üzrə Avropa çempionu Lovari Mixaylenko qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə "SuperOmsk" məlumat yayıb.

İdmançının meyiti Rusiyanın Omsk şəhərində yerləşən evində tapılıb. İlkin məlumata görə, Mixaylenko 23 yaşlı tanışı tərəfindən başından ölümcül güllə yarası alıb.

Cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Qeyd edək ki, Lovari Mixaylenko 2008-ci ildə gənclər arasında Avropa çempionatının qalibi olub.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr