Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya XİN-ə çağırılıb.
Bu barədə Almaniya XİN “X” səhifəsində məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinin NATO hava məkanını pozmaı, PUA-lardan istifadə etməsi təhlükəli və qəbuledilməzdir. Bu səbəbdən Rusiya səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. NATO ittifaq ərazimizi və təhlükəsizliyimizi müdafiə etmək üçün birləşib”.
Xatırladaq ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sentyabrın 10-da Rusiyanın Ukrayna ərazisinə hücumu zamanı Polşanın hava məkanını pozduğu haqda bəyanat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə məsələni belə şərh edib:
“Ukraynadakı obyektlərə intensiv hücumlar çərçivəsində Polşa ərazisindəki heç bir obyekt hədəfə alınmayıb.
Rusiya tərəfi insidentlə bağlı Polşa ilə məsləhətləşmələrə hazırdır”.