AZ

Azərbaycanın bu gölü üçün İran ayağa qalxdı: Etirazlar başladı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölünün quruduğu üçün ölkədə etirazlar başlayıb. 

Globalinfo.az xəbər verir ki, Təbrizin “Bonyan Dizel” stadionunda keçirilən oyunda azarkeşlər bir daha Urmiya gölünün vəziyyətinə diqqət çəkiblər.

Tribunalardan gur səslə “Urmu gölü can verir” şüarı səsləndirilib. Etirazçı azarkeşlər bu çağırışla gölün qəsdən qurudulmasına qarşı çıxıb və dövlətin məsuliyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, Urmiya gölü son onilliklərdə sürətlə kiçilib, ətraf kəndlərdə və şəhərlərdə ekoloji fəlakət təhlükəsi yaranıb. Mütəxəssislər gölün qurumasının səbəbləri sırasında su ehtiyatlarının düzgün idarə olunmaması, sənaye və kənd təsərrüfatında suyun həddindən artıq istifadəsi və iqlim dəyişikliyini göstərirlər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr