AZ

Abşeronda şəhid, qazi övladları məktəb ləvazimatı və geyimlə təmin olunub — FOTOLAR

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialı tərəfindən növbəti humanitar aksiya həyata keçirilib.

Demokrat.az xəbər verir ki, Birliyin Abşeron rayon filialının sədri Süleyman Cəfərovun təşəbbüsü ilə keçirilən tədbir çərçivəsində 100-dən çox şəhid və qazi övladı yeni tədris ili ərəfəsində məktəb ləvazimatı və geyimlərlə təmin olunub.

Aksiyanın əsas məqsədi şəhid ailələrinin və qazilərin övladlarının sosial rifahının yaxşılaşdırılması və onların təhsilə daha rahat şəkildə başlamasına dəstək göstərməkdir.

Süleyman Cəfərov bildirib ki, belə təşəbbüslər mütəmadi olaraq həyata keçiriləcək:

“Vətən uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin övladları daim diqqət mərkəzindədir. Onların təhsili, inkişafı və rifahı bizim üçün prioritet məsələdir.”





Seçilən
0
demokrat.az

1Mənbələr