AZ

Zelenski: Ukrayna ordusu rusların Sumıya hücum əməliyyatını tamamilə puça çıxarıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sumıya qarşı hücum əməliyyatını tamamilə puça çıxarıb. Düşmən böyük itkilər verib.

APA "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, bu gün o, Ali Baş Komandanın qərargahının çox əhatəli iclasını keçirib.

Görüşdə hava hücumundan müdafiə sistemləri və onlara raketlərin tədarükü, Ukrayna ordusunun ehtiyacları və mövcud müdafiə resursları müzakirə olunub.

“Partnyorlarla işin daha da aktivləşdirilməsi, sistemlərin daha operativ şəkildə çatdırılması və bununla da kritik infrastrukturun daha etibarlı müdafiəsi üçün konkret tapşırıqlar verdim. Hərbçilər, məmurlar, diplomatlar, yəni hamının öz məsuliyyət payı var”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, hazırda dron–qırıcıların istehsalında yaxşı nəticələr əldə olunub.

Seçilən
15
3
apa.az

4Mənbələr