AZ

Amerikalı fəal Çarli Kirkin qətlinin təfərrüatları məlum olub

Sağçı fəal Çarli Kirkin qatili olduğu iddia edilən şəxs “Discord”da qonşusuna kolların arasına atılan tüfəngi gizlətmək niyyətində olduğunu deyib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Yuta ştatının qubernatoru Spenser Koks mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl polis universitet şəhərciyinin yaxınlığındakı meşədə dəsmala bükülmüş “Mauser 98k”lıq tüfəng tapıb. Yaxınlıqda ovulmuş mərmi gilizləri, onların üzərində “Bella Ciao”, “Al, faşist” və “Əgər bunu oxuyursansa, sən geysən, lol” yazıları olub.

Robinsonun yaxınları onun son vaxtlar siyasətlə daha çox maraqlandığını və Kirki tənqid etdiyini bildiriblər.

Xatırladaq ki, amerikalı fəal Çarli Kirk sentyabrın 11-də Universitetdə çıxışı zamanı sui-qəsd nəticəsində öldürülüb.

QAZİLER.AZ

Seçilən
3
qaziler.az

1Mənbələr