AZ

Gizli SƏS YAZILARI üzə çıxdı - Ana olmaq istəyənlərə BAZAR AÇANLAR

Uşaq sahibi ola bilməyən cütlüklərin istifadə etdiyi alternativ üsullardan biri də surroqat analıqdır. Surroqat analıq iki yolla həyata keçirilə bilər. Bunlardan birincisi surroqat ananın yumurtalıqlarından istifadə etməklə həyata keçirilən üsuldur.

İkinci üsulda kişidən alınan sperma və qadından alınan yumurtalıq "daşıyıcı" sayılan qadının bədəninə yerləşdirilir. Bu embrionun inkişafı və böyüməsi qadının bədənində baş verir. Doğuşdan sonra körpə bu ailəyə verilir. Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Başqa və daha sadə dillə ifadə etsək, surroqat analıq qadın bətninin kirayə verilməsi deməkdir.

Qeyd edək ki, son zamanlar sosial şəbəkədə 20-30 yaşlı xanımların follekul donoru olması ilə bağlı elanların sayı artıb. Həmin elanlarda bildirilir ki, 20-30 yaşlı xanımlar follekul donoru olarsa 400-dən 700 manatadək pul qazana bilər.

TV Müsavat öncə daşıyıcı ana elanlarını sosial şəbəkələrdə yerləşdirən səhifələrdən biri ilə əlaqə saxlayıb. Və bu xidmətin detalları, şərtləri, qiymətləri ilə bağlı məlumat əldə edib.

Folekul donorluğu ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən elanlara gəlincə, burda durum daha fərqlidir. Belə ki, bu işə razılaçan namizədin öncə yaş həddi, ümumi sağlamlıq durumu və folekulun yararlılıq dərəcəsi yoxlanılır.

Folekul donoru olacaq qadının qazanacağı məbləğ isə dəyişkəndir. Bu, qadının folekulunun durumundan asılıdır. Ona minimum 300, maksimum 700-800 manat pul verilir. Bu xidməti təklif edən qadın bildirir ki, buna görə heç bir baş ağrısı yaranmır. Çünki bu günə qədər minlərlə pasienti bura yönləndiriblər.

Xatırladaq ki, ölkədə qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub. Belə olan halda bəzi şəxslərin müalicələri və süni mayalanma yolları da uğursuzluqla nəticələnibsə, valideyn olmaq üçün ən son çıxış yolunu 3-cü şəxsin köməyində görürlər. Yəni bir qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Bununla da genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük rüşeym uşağı dünyaya gətirməyə razı olan surroqat ananın uşaqlığına yerləşdirilir. Körpə dünyaya gələndən sonra bioloji valideynlərinə təhvil verilir.

Sözügedən araşdırmanın videoversiyası aşağıdakı linkdə.

Seçilən
0
musavat.com

1Mənbələr