ain.az, Ayna portalına istinadən məlumat yayır.
Ermənistanın müdafiə naziri diplomatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib
Ermənistanın müdafiə naziri Suren Papikyan və bir sıra ölkələrin NATO-da akkreditə olunmuş səfirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.
Qeyd olunub ki, tərəflər Ermənistan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini, silahlı qüvvələrin transformasiyası və davam edən müdafiə islahatları məsələlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyan NATO səfirləri ilə görüşüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.