AZ

Rusiyada kanat yolda qəza, 3 ölü

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Elbrus dağında kanat yolda qəza baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ilk olaraq Kabardin-Balkar Respublikasının rəhbəri Kazbek Kokov sosial şəbəkə hesabında paylaşım edib.

Bu gün axşam saatlarında yaşanan qəza nəticəsində 2 nəfər həlak olub. 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Daha bir cəsəd isə bir qədər sonra aşkarlanıb. Hazırda cəsədlərin və yaralıların ərazidən çıxarılması, eyni zamanda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Qəzanın kanat yolda trosun qırılması göstərilsə də, sonradan bu versiya təsdiqini tapmayıb. 

Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
525.az

1Mənbələr