Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
“Qafqazinfo” “Al-Jazeera”ya istinadən xəbər verir ki, 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.
Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb.
Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb.
Daha 12 ölkə isə bitərəf qalıb.
Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.

10Mənbələr
-
news24.azBMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi ( 21294598)
-
buta.tvFələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi ( 21297136)
-
cebheinfo.azBMT-dən Fələstinə dəstək - Azərbaycan lehinə səs verdi ( 21296362)
-
sherg.azFələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi ( 21295585)
-
nuh.azBMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi ( 21295471)
-
demokrat.azBMT-dən tarixi qərar — Azərbaycan lehinə səs verdi ( 21295438)
-
konkret.azBMT-dən tarixi qərar – Azərbaycan… ( 21294997)
-
redaktor.azBMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi ( 21294952)
-
axar.azFələstinə dəstək bəyannaməsi Bakı da lehinə səs verdi ( 21294937)
-
axar.azFələstinə dəstək bəyannaməsi - Azərbaycan da lehinə səs verdi ( 21294922)