Ağır çəki dərəcəsində boks üzrə keçmiş çempion Mayk Tayson karyerası ərzində fentanildən istifadə etdiyini etiraf edib.
Axar.az xəbər verir ki, bunu Keti Millerin podkastında (internet üzərindən yayımlanan veriliş) bildirib.
"Bu ağrıkəsici idi və mən onu ayaq baş barmağım üçün istifadə etdim. Bu, heroinin təsirinə bənzəyirdi. Təsir keçəndə, sarğı çıxarılan kimi, heroindən istifadə zamanı olduğu kimi ürəkbulanma və qusma başlayır", - Tayson deyib.
Qeyd edək ki, fentanil güclü sintetik opioiddir. ABŞ-da bəzi hallarda ağrıkəsici kimi istifadə edilməsinə icazə verilir, ancaq ölümcül ola biləcəyi üçün yalnız həkim tərəfindən təyin edilir. Fentanil morfindən 100 dəfə, heroindən isə 50 dəfə güclüdür.