AZ

Qurban Qurbanov Ramil Şeydayev barədə açıqlama verdi

Misli Premyer Liqasının IV turunda "Qarabağ" evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. 

Milli.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçla əlaqədar fikirlərini bölüşüb:

"Yaxşı oyun oldu. Sonda matçın bitməsini istəmirdik. Yorğun halda futbolçular dahac çox xarakter göstərsinlər. Yaxşı kolkektivləşmiş komanda vardı. Məğlub da ola bilərdik. Rəşada uğurlar arzulayıram, yaxşı oyuna görə təbrik edirəm. Öz oyunumuzdan razı qalmasam da, futbolçularımdan razı qaldım". 

Q.Qurbanov adı "Qarabağ"la hallanan Ramil Şeydayevin mümkün transferi barədə danışıb:

"Belə bir reallıq yoxdur. Oyunçuya ehtiyacım var, bəli. Ən azından yerli çempionatda futbolçu gərəkdir. Bir neçə futbolçu zədəlidir. Qarşıdakı sıx qrafiklərə görə oyunçu sayında bir az problem ola bilər. Bu transfer barədə düşünməyə də vaxtım olmayıb. Hələ ki, belə bir reallıq yoxdur. Lakin dəyərləndirəcəm. Ramil bizdə oynayan futbolçu olub. Bu günlərdə dəyərləndirəcəyik".

Milli.Az

Seçilən
6
6
milli.az

10Mənbələr