AZ

İsrail ordusu Suriyada İran agentlərini ələ keçirib

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Ordusu (ÇAXAL) Suriyada İranın “Qüds” xüsusi dəstəsinə bağlı bir neçə “terrorçunun” zərərsizləşdirildiyini və eyni zamanda İrana işləyən agentlərin ələ keçirildiyini açıqlayıb.

İsrail mediasının məlumatına görə, ÇAXAL son aylarda Suriyanın cənubunda saxladığı bir neçə şübhəlinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri daxilində fəaliyyət göstərən gizli “840-cı dəstə”nin tapşırıqları ilə hərəkət etdiyini müəyyənləşdirib.

Qeyd olunur ki, “840-cı dəstə” İsrail vətəndaşlarına və yəhudilərə qarşı İsrail ərazisində və xaricdə hücumların planlaşdırılması və idarə olunmasına cavabdehdir.

Son həftələrdə daha bir neçə qrupun da saxlanıldığı bildirilir. ÇAXAL-ın açıqlamasına görə, saxlanılan döyüşçülərdən bəziləri kimin üçün çalışdıqlarını bilmədiklərini etiraf ediblər, çünki “840-cı dəstə”yə cəlb olunma çox vaxt həqiqi məqsəd açıqlanmadan, rüşvət və maddi vədlərlə həyata keçirilirmiş. 

 

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr