AZ

Qazaxıstan və Əfqanıstan arasında 133 milyon dollarlıq ticarət sazişi imzalanıb

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qazaxıstan və Əfqanıstan arasında 133 milyon dollarlıq ticarət sazişi imzalanıb.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, saziş Qazaxıstanın “Ərzaq korporasiyası”nın nümayəndələrinin Əfqanıstan nümayəndə heyəti ilə işgüzar görüşü zamanı əldə edilib.Tədbirdə Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Nuruddin Əzizi Əfqanıstan və Qazaxıstanın ticarət sektorunda böyük iqtisadi potensiala malik olduğunu bildirib.Əfqanıstan Qazaxıstandan un, buğda və yağlı bitkilər - kolza və soya da daxil olmaqla 600 min tona yaxın ərzaq xammalı almağı planlaşdırır.Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr