AZ

3 ayda 60 mindən çox sürücü cərimələnib

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Özbəkistanda üç ayda 60 mindən çox sürücü cərimə balları alıb. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin Yol Hərəkəti Təhlükəsizliyi Xidmətindən (YHH) məlumat verilib.9 milyon 325 mindən çox sürücü isə ümumiyyətlə cərimə balı almayıb.Qeyd olunur ki, son üç ayda qayda pozuntuları və yol-nəqliyyat hadisələri xeyli azalıb. O cümlədən, iyun-avqust aylarında 167 min qanun pozuntusu aşkar edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə (285 min) 58 faiz azdır.Həmçinin bu müddətdə sürücünün təqsiri ilə törədilən yol-nəqliyyat hadisələrinin sayı 36 faiz azalıb.Xatırladırıq ki, iyunun 1-dən Özbəkistanda yol hərəkəti qaydalarının pozulmasının cərimə balı əsasında qiymətləndirilməsi sistemi tətbiq edilib. Cərimə balları yalnız yol polisi müfəttişinin verdiyi qərarlar əsasında təyin edilir. Foto və videokameralar və radarlar tərəfindən qeydə alınan pozuntulara görə cərimə balları nəzərə alınmır.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
newscenter.az

2Mənbələr