“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə səfərdədir.
Herbiand.az xəbər verir ki, Emin Həsənli Milli Müdafiə Nazirliyində yeni görəvə başlamış Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində hərbi ataşesi olmuş Yücel Karauzla görüşüb.
Görüşdə Türkiyənin Azərbaycanda sabiq səfiri Hülusi Klıç da iştirak edib.
Emin Həsənli Yücel Karauzla atasının vəfatı münasibəti ilə dərin hüzünlə başsağlığı verib.
Söhbət zamanı Emin Həsənli Azərbaycan və Türkiyə hərbi strukturları ilə yanaşı hərbi yönümlü QHT-lərin də faəliyyətinin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsində Yücel Karauzla birgə uğurlu fəaliyyəti yada salmış və bu siyasətin indi də uğurla davam etdirildiyini bildirmişdir.
Emin Həsənli Azərbaycan qazilərinin, şəhid ailələrinin və müharibə veteranlarının Türkiyəyə, eləcə də Türkiyə qazilərinin və şəhid ailələrinin Azərbaycana səfərlərinin təşkilində həm səfirliklə, həm attaşe ilə birgə fəaliyyətinin Azərbaycan və Türkiyə qardaşlığına tövhə verdiyini xüsusi qeyd edib.
Yücel Karauz Azərbaycan və Türkiyə hərbi strukturlarının əməkdaşlığının Qarabağ zəfərindən sonra yeni bir səviyyəyə qalxdığını xüsusi vurğulayıb. Azərbaycan və Türkiyə strateji hərbi əlaqələrinin regionda yeni güc mərkəzi yaratdığını bildirib.
Sabiq səfir Hülusi Kılıc Şuşa Bəyannaməsinin yeni güc mərkəzinin ana sənədi olduğunu yada salıb. Azərbaycan və Türkyə əlaqələrin hər gün daha üst səviyyəyə qalxdığı xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcab Tayib Ərdoğanın regional və qlobal siyasi arenada birgə uğurlu fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.