NATO Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasına cavab olaraq “Şərq keşikçisi” adlı yeni əməliyyata start verir.
Editor.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte məlumat verib, Reuters yazır.
Onun sözlərinə görə, əməliyyatın məqsədi Avropanın şərq cinahının müdafiəsini gücləndirməkdir.
“Bu, məsuliyyətsiz və qəbuledilməzdir. Biz Rusiya dronlarının müttəfiqlərin hava məkanına daxil olmasına imkan verə bilmərik”, – Rütte bildirib.
//Samir Qurbanov, Editor.az