AZ

Rusiya və Belarus "Qərb-2025" təlimlərinə başlayır



Rusiya və Belarusun “Qərb-2025” birgə strateji təlimləri başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hərbi manevrlər iki ölkənin poliqonlarında, Baltik və Barents dənizlərinin sularında keçirilir.
“Müttəfiq dövlətə qarşı təcavüzü dəf etmək, habelə təhdidləri aradan qaldırmaq və onun sərhədlərində vəziyyəti sabitləşdirmək üçün növlərarası, regional və koalisiya qoşun qruplarının idarə olunmasının müxtəlif variantlarının hazırlanması planlaşdırılır”, - nazirliyin bəyanatında deyilir.
Hazırda təlimlərin iki mərhələdən ibarət olduğu bildirilir. Onlar:
1. müttəfiq dövlətə qarşı təcavüzün dəf edilməsində birləşmələrin və hərbi hissələrin idarə edilməsini təcrübədən keçirmək, habelə tapşırıqların yerinə yetirilməsi üçün qarşılıqlı fəaliyyəti və hər cür dəstəyi təşkil etmək;
2. müttəfiq dövlətin ərazi bütövlüyünün bərpasında, düşmənin məğlub edilməsində, o cümlədən tərəfdaş dövlətlərin koalisiya qoşun qrupunun iştirakı ilə qoşunların və qüvvələrin idarə edilməsi.
Təlimlərin ikinci mərhələsinin həyata keçirilməsi üçün təlimlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), ŞƏT və digər tərəfdaş dövlətlərin üzvlərinin əməliyyat qrupları və hərbi kontingentinin dəvət olunduğu da bildirilir.
“Qərb-2025” manevrləri bu il Rusiya və Belarus Silahlı Qüvvələrinin birgə təlimlərinin yekun mərhələsi olacaq. Onların məqsədi komandanlıq strukturlarının və qərargahların bacarıqlarını, həmçinin sülhü qorumaq, maraqları qorumaq və təhlükəsizliyi təmin etmək üçün regional və koalisiya qüvvələri qruplarının qarşılıqlı fəaliyyət qabiliyyətini və səhra hazırlığını artırmaqdır.
Seçilən
1
newscenter.az

1Mənbələr