Basketbol üzrə Avropa çempionatında 2-ci finalçı Türkiyə yığması olub.
Offsideplus.az xəbər verir ki, Ergin Atamanın yetirmələri Yunanıstan 26 xal fərqlə məğlub edərək bunu bacarıb - 94:68.
"Ay-ulduzlular" tarixində 2-ci dəfə buna nail olub. Onlar 2001-ci ildə həlledici qarşılaşmada o vaxtkı adı ilə Yuqoslaviyaya məğlub olmuşdu.
Sentyabrın 16-da oynanılacaq finalda isə rəqib Almaniya milli komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Qeyd edək ki, almanlar sonuncu dünya çempionlarıdır.