AZ

Putindən rus xalqına xəbərdarlıq...

Cəmiyyət öz müstəsnalığına inananda mənəvi böhran və durğunluq yaşayır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Cəmiyyət özünə qapanıb kor-koranə və doqmatik olaraq özünün müstəsnalığına və başqalarından üstünlüyünə inanırsa, mənəvi və intellektual böhran dövrü başlayır, bunun ardınca mədəniyyətin tənəzzülü və həyatın bütün sahələrində durğunluq baş verir”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, son dönəmdə Rusiya cəmiyyətində artan şovinst meyllər fonunda V.Putinin bu çıxışı diqqət çəkib və ölkə mediası bunu “xəbərdarlıq” olaraq təqdim edib.

Seçilən
6
2
axar.az

10Mənbələr