Vaşinqton G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə imkan verəcək hüquqi mexanizm yaratmağı təklif edəcək.
APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məqsəd həmin vəsaitləri Ukraynanın müdafiəsi üçün maliyyələşdirməkdir.
Qeyd olunur ki, təxminən 300 milyard dollarlıq bu aktivlərin böyük əksəriyyəti hazırda Avropada yerləşir.
Agentliyin məlumatına görə, bu ABŞ-ın “Böyük Yeddilik” ölkələrinə təklif edəcəyi yeganə tədbir deyil:
“ABŞ G7 müttəfiqlərini Rusiyanın neftini alarkən Çin və Hindistana qarşı 100% rüsum tətbiq etməyə çağıracaq”, – deyə məqalədə bildirilir.