AZ

“Trampla görüşdən sonra Putin hücumları artırıb”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Moskvanın hücumlarının intensivliyinin artması Rusiyanın aqressiv müharibəni davam etdirmək istədiyini göstərir”.

“Qafqazinfo” “European Pravda”ya istinadən xəbər verir ki, bu sözləri Polşa Xarici İşlər Naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sbiqa ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.

O, həmçinin Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasını tənqid edib:

“Sentyabrın 12-də Alyaskada Trampla görüşdən sonra rus hücumlarının güclənməsi aqressiv müharibənin davam etməsinin göstəricisidir”.

Sikorski əlavə edib ki, Polşa tərəfi Ukraynaya dəstəyini davam etdirəcək və artan gərginliklərə baxmayaraq müttəfiqlərini tək qoymayacaq.

Qeyd edək ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin Alyaskada ilk danışıqlarını aparıblar. Sonra Ukrayna Prezidenti Volodimir Zelenski və digər Avropa liderləri Trampla Ağ Evdə Rusiya ilə müharibənin diplomatik yolla həllini müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
qafqazinfo.az

2Mənbələr