Ukrayna PUA-ların vurulması təcrübəsini NATO ilə bölüşməyə və ümumi müdafiəyə töhfə verməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenskinin Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderlərinin müşavirləri ilə görüşərək Ukraynaya göstərdikləri dəstəyə və təhlükəsizlik təminatlarının hazırlanmasına görə təşəkkür edib.
Prezident vurğulayıb ki, Rusiya nəinki müharibəni dayandırmaq istəmir, öz pilotsuz təyyarələrini Polşaya buraxaraq Avropa üçün real təhlükə yaradır.