AZ

Ançelotti: 2030 cu ilə qədər Braziliya millisində qalmaq istəyirəm

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti gələcək planlarından danışıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis qarşıdakı 5 ildə yığmada qalmaq istədiyini söyləyib:

"Əlbəttə 2030-cu ilə qədər Braziliya millisində qalmaq əla olardı. Bəli, mən Braziliya millisini 2023-cü ildən çalışdırmaq istəyirdim. Dünya çempionatı Braziliya üçün xüsusi bir şeydir. Mən bir illik müqavilə imzaladım. Dünya çempionatından sonra gələcəyim qeyri-müəyyəndir. Mən də, ailəm də burada olmaqdan çox xoşbəxtik. Bu barədə danışmaq üçün vaxtımız olacaq".

Qeyd edək ki, Ançelotti 26 may 2025-ci ildə Braziliya millisinin baş məşqçisi təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qol.az

2Mənbələr