ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya və Belarusun birgə təşkil etdiyi “Zapad-2025” hərbi təlimlərinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər tərəfdaş ölkələrin qoşunları dəvət olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Lakin Ermənistan tərəfi iştirakdan imtina edib. Müdafiə nazirinin mətbuat katibi Aram Torosyan yerli mediaya açıqlamasında Ermənistan ordusunun “Zapad-2025” təlimlərinə qoşulmayacağını rəsmi şəkildə təsdiqləyib.
Müşahidəçilərin fikrincə, bu addım İrəvanın Moskva ilə hərbi əməkdaşlıq sahəsində məsafə saxlamasının növbəti nümunəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Ermənistan son illər KTMT çərçivəsində keçirilən bir sıra təlimlərə qatılmaqdan yayınaraq təhlükəsizlik siyasətində alternativ tərəfdaşlarla əməkdaşlığa üstünlük verdiyini nümayiş etdirir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.