Eurobasket-2025-də mübarizə sona yaxınlaşır.
KONKRET.az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsinə yekun vurulub.
Türkiyə Yunanıstanla qarşılaşıb.
“Ay-ulduzlular” 94:68 hesabı ilə qələbə qazanıb. Bununla da, komanda tarixində ikinci dəfə finala yüksəlib.
Türkiyənin həlledici görüşdəki rəqibi Almaniya millisi olacaq. Matç sentyabrın 14-də baş tutacaq.