AZ

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

“Beşiktaş”ın futbolçusu Joao Mario karyerasını Yunanıstanda davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, AEK-in 32 yaşlı yarımmüdafiəçinin icarəsi üçün İstanbul klubu ilə anlaşdığını bildirib. Mario mövsümün sonuna kimi Afina təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mario ötən mövsümdə 39 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Portuqaliya millisinin sabiq üzvü 2024-cü ildə "Benfika"dan "Beşiktaş"a keçib

Bizim.Media

Seçilən
25
3
bizim.media

4Mənbələr