AZ

Fidan Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanacağı tarixi açıqladı

BAKI, 13 sentyabr. TELEQRAF

Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və ABŞ lideri Donald Trampa təşəkkür edib.

Türkiyəli nazir Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözlədiklərini sözlərinə əlavə edib.

"Ermənistan-Azərbaycan arasında saziş imzalanan kimi biz Ermənistanla münasibətlərin normallaşmasını tez bir zamanda həyata keçirəcəyik", - Hakan Fidan bildirib.

Seçilən
20
29
teleqraf.com

10Mənbələr