AZ

Həyatları xilas edən göyərti

İspanaq ürək-damar xəstəliklərindən ölüm riskini 43% azaldır. Adi bir tərəvəz həyatları necə xilas edir?

Alimlər təsdiq ediblər: ispanaqdan müntəzəm istifadə ürək-damar xəstəliklərindən ölüm hallarını azaldır. İspanaq niyə bu qədər təsirlidir və onu necə düzgün yemək olar?

Yüksək kalium tərkibi

Kalium natriumun zərərli təsirlərini neytrallaşdırır, qan təzyiqini aşağı salır və ürəyə yükü azaldır. Bir fincan doğranmış ispanaqda gündəlik tələb olunan kaliumun 24%-i var.

Nitratlar

İspanaq orqanizmdə azot oksidinə çevrilən təbii nitratlarla zəngindir. Bu birləşmə qan damarlarını genişləndirir, qan axınını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.

Fol turşusu

İspanaq qan damarlarının divarlarını zədələyən və tromboz riskini artıran amin turşusu olan homosisteinin səviyyəsini azaldır.

Pəhrizinizə ispanaq əlavə edin – bu, ürəyinizi qorumaq üçün sadə və dadlı bir üsuldur.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr