AZ

Polşanın baş nazirinin maşını OĞURLANDI

Polşanın baş naziri Donald Tuskun şəxsi “Lexus” markalı avtomobili Sopotdakı iqamətgahının qarşısından oğurlanıb. 

News24.az xəbər verir ki, hadisə çərşənbə günü axşam saatlarında baş verib.

Polis avtomobilin axtarışına başlayaraq onu bir neçə saat sonra Qdanskın Kokoşki rayonunda – təxminən 25 kilometr aralıda park edilmiş vəziyyətdə aşkarlayıb. Maşın polis bölməsinə aparılıb.

Hüquq-mühafizə orqanları hadisənin sadə oğurluq, yaxud baş nazirə təzyiq göstərmək məqsədi ilə xarici kəşfiyyat qurumlarının işi ola biləcəyini istisna etmir. Hazırda araşdırmalar davam etdirilir.

Aqil

Seçilən
51
1
news24.az

2Mənbələr