AZ

Almaniya Ukraynaya hərbi yardımı 10 milyard avro azaltdı

BAKI, 13 sentyabr. TELEQRAF

Almaniyanın Maliyyə Nazirliyi Ukraynanın dəstəklənməsi üçün növbəti iki il ərzində tələb olunan maliyyə yardımının tam həcmdə ayrılmasını təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” nəşri ölkənin Müdafiə Nazirliyinin sənədinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Almaniyanın müvafiq qurumunun rəhbəri Boris Pistorius Maliyyə Nazirliyindən Ukraynanın dəstəklənməsi üçün 2026-cı ildə 15,8 milyard avro, 2027-ci ildə isə əlavə 12,8 milyard avro ayırmağı tələb edib. Lakin nəticədə ümumilikdə 18 milyard avro ayrılması razılaşdırılıb. Beləliklə, yekun yardım həcmi gözləniləndən 10,6 milyard avro az olub.

Seçilən
9
teleqraf.com

1Mənbələr