AZ

2024-cü ildə vəbadan ölüm halları 50% artıb - ÜST

Bakı. Trend:

2024-cü ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 50%artaraq 6 mini ötüb.

Trend xəbər verirki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bəyanatda vurğulanıb ki, 2024-cü ildə qeydə alınan vəbahadisələrinin sayı 2023-cü illə müqayisədə 5%, ölənlərin sayı isə50% çox olub.

ÜST-ün hesabatına əsasən, ötən il qarşısının alınması vəmüalicəsi mümkün olan xəstəlikdən 6 mindən çox insan həyatınıitirib.

Məlumata görə, 2024-cü ildə vəba halları 60 ölkədə qeydə alınıb(2023-cü ildə bu rəqəm 45 ölkə olub). Hadisələrin 98%-i Afrika,Yaxın Şərq və Asiya ölkələrində baş verib.

Seçilən
50
2
az.trend.az

4Mənbələr