AZ

“Eurovision 2026” baş tutmayacaq? - Bir çox ölkə boykot edir

“Eurovision 2026” bir neçə ölkə tərəfindən boykot olunduğu üçün baş tutmaya bilər.

Publika.az xəbər verir ki, Hollandiya “Eurovision 2026” musiqi müsabiqəsində İsrailin iştirak edəcəyi təqdirdə onu boykot edəcək.

Bu barədə Hollandiyanın "AVROTROS" yayım şirkətinin yaydığı məlumatda bildirilib:

“AVROTROS Qəzza zolağında davam edən ağır insan iztirablarını nəzərə alaraq, indiki vəziyyətdə İsrailin iştirakına daha haqq qazandıra bilməz”.

Bundan əvvəl İspaniyanın mədəniyyət naziri Ernest Urtasun İsrailin yenidən yarışacağı təqdirdə Madridin geri çəkilə biləcəyini söyləmişdi. Baş nazir Pedro Sançes isə açıq şəkildə İsrailin mahnı müsabiqəsində iştirakdan kənarlaşdırılması ilə bağlı çağırış edib.

İrlandiyanın yayım orqanı "RTE" də İspaniyanı dəstəkləyərək, İsrailin "Qəzzada dəhşətli itkilər" fonunda müsabiqədə iştirakını "vicdansızlıq" adlandırıb.

Seçilən
4
publika.az

1Mənbələr