AZ

Qızıla rəqib sərmayə növü: Bu il 45% dən çox qazandırdı

ain.az, Milli.az saytına istinadən bildirir.

Beynəlxalq bazarlarda gümüşün unsiya qiyməti 42,3 dollara yüksələrək son 14 ilin zirvəsinə çatıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-də açıqlanan makroiqtisadi göstəricilər əmək bazarının zəiflədiyini, inflyasiyanın isə nisbətən sabit qaldığını göstərib. Bu mənzərə Fed-in daha aqressiv faiz endirimi addımları ata biləcəyi fikirlərini gücləndirib. Pul bazarlarında gələn həftə Fed-in uçot dərəcəsini 25 baza bəndi endirəcəyinə demək olar ki, əminliklə baxılır. İl sonuna qədər isə 3 faiz endiriminin həyata keçiriləcəyi proqnozlaşdırılır.

Faiz endirimi gözləntiləri dollara olan tələbi zəiflədib, istiqraz gəlirliliklərini isə aşağı salıb. Bu vəziyyət qızıl və gümüş kimi qiymətli metallara müsbət təsir edib. Gümüşün uns qiyməti 42,3 dollara çataraq 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyəni test edib və sərmayəçilərinə ilin əvvəlindən bəri 45%-dən çox qazanc qazandırıb.

Qızıl kimi "təhlükəsiz liman" xüsusiyyətinə malik olan gümüş, eyni zamanda sənaye sahələrində geniş istifadə olunur. Elektronika, yarımkeçirici və bərpa olunan enerji sektorlarında artan tələbin yanı sıra, günəş panellərində də gümüşə böyük ehtiyac duyulur. ABŞ-nin gümüşü "kritik mineral" siyahısına daxil etməsi də bu istiqamətdə gözləntiləri artırıb.

Əmtəə bazarları üzrə ekspert Zafer Ergezen bildirib ki, son dövrlərdə qiymətli metallara güclü tələbat müşahidə olunur. Onun sözlərinə görə, ABŞ-dan gələn inflyasiya və məşğulluq göstəriciləri Fed-dən faiz endirimi gözləntilərini gücləndirib və bu da həm qızıl, həm də gümüş qiymətlərinə müsbət təsir göstərib.

Ergezen əlavə edib ki, qızılın uns qiyməti 3.700 dollar səviyyəsinə yaxınlaşaraq kritik həddə çatıb:"Əgər ABŞ-də böyüməyə dair göstəricilərdə nikbinlik artsa, gümüşdəki yüksəliş daha da sürətlənə bilər."

Ekspertin sözlərinə görə, ABŞ və Çindən güclü iqtisadi bərpa siqnalları gələrsə, qızıl/gümüş nisbəti ilin sonuna qədər 80-in altına düşə bilər. Lakin zəif məşğulluq göstəriciləri Fed-in addımlarının gecikdiyinə işarə edir və iqtisadi yavaşlamanın davam edə biləcəyi ehtimalını artırır.

Ergezen gümüşdə kəskin itkilər gözləmədiyini vurğulayaraq belə deyib:

"Qızıla paralel hərəkətlər görmək ehtimalı yüksəkdir. 40 dollar üzərindəki dalğalanma davam edəcək. İqtisadi göstəricilərdə toparlanma siqnalları gəldikcə, gümüş qızıla nisbətən yenidən daha çox dəyər qazana bilər."Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
news.milli.az

2Mənbələr