AZ

Lyuis Hemilton: "Bakıda tədricən sürət yığacağam"

İtaliya Qran Prisində cəriməyə görə onuncu yerdən start götürərək altıncı pillədə qərarlaşan Lyuis Hemilton Bakıda uğurlu nəticəyə ümid etdiyini bildirib.

İdman.biz bildirir ki, 2025-ci il Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.

"Düşünürəm ki, uzun illər müxtəlif xüsusiyyətlərə malik avtomobillər sürdüyüm trekdə çıxış edəcəyəm, ilk andan işə yenidən başlamalı olacağam. Montsada bolid özünü daha yaxşı aparırdı, xüsusən də aşağı sürətlə gedirdi. Düşünürəm ki, növbəti yarışda da vəziyyət təxminən eyni olacaq.

Bununla belə, həftəsonuna Bakıda geridə qalan kimi başlayacağam və getdikcə sürət yığacağam. Bunun üçün bütün təcrübəmdən istifadə etməyə çalışacağam. Şübhə etmirəm ki, bazar günü yarışın son dövrəsində özümü sükan arxasında daha rahat hiss edəcəyəm”, - F1News.ru Hemiltondan sitat gətirir.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr