AZ

Ermənistan Rusiya-Belarus təlimlərində iştirakdan imtina etdi

Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər tərəfdaş ölkələrin hərbi birləşmələrini "Qərb-2025" təlimlərində iştiraka dəvət edib.

 

Senzor.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Lakin Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib ki, Ermənistan bu manevrlərdə iştirak etməyəcək.

 

Polşa, Latviya və Litva isə Belarusun "Qərb-2025" təlimlərini müşahidə etmək dəvətini qəbul etməyiblər.

 

Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib: "Təəssüf ki, bizim təlimləri müşahidə etmək dəvətimiz nə Polşa, nə Litva, nə də Latviya tərəfləri tərəfindən qəbul edildi".

Seçilən
30
senzor.az

1Mənbələr