AZ

NATO Rusiya pilotsuz təyyarəsi ilə bağlı insidentdən sonra Şərqi Avropada müdafiəni gücləndirir

Stokholm, 13 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Rusiya tərəfindən Polşanın hava məkanının pozulmasından sonra NATO alyansın şərq cinahında mövcudluğunu gücləndirdiyini elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş katib Mark Rütte Moskvanın hərəkətlərini “ehtiyatsız və qəbuledilməz” adlandıraraq bildirib.

NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Q.Qrinkeviçin əmri ilə Fransa, Böyük Britaniya, Almaniya və Danimarka kimi ölkələrin iştirak etdiyi “Eastern Sentryi” əməliyyatı başlayır. Buraya hava və qurudan müdafiə tədbirləri daxildir. Danimarka iki F-16 və bir freqat, Fransa üç “Rafale” qırıcısı, Almaniya dörd “Eurofighter” göndərir.

Polşa müttəfiqlər tərəfindən təhlükəsizlik sahəsində mövcud vəziyyəti və təhdidlərə qarşı birgə tədbirləri müzakirə edilməsini nəzərdə tutan NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrin təşəbbüskarı olub. Rusiyaya məxsus pilotsuz təyyarənin Polşa hava məkanını pozması ilə əlaqədar Almaniya, Fransa, Finlandiya, Aİ və İsveç Rusiya səfirlərini çağırıb.

Seçilən
59
50
azertag.az

10Mənbələr