AZ

Premyer Liqa: “İmişli” “Sumqayıt”a, “Turan Tovuz” “Qəbələ”yə qarşı

BAKI, 13 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında IV turun növbəti görüşləri keçiriləcək.
Teleqraf xəbər verir ki, növbəti oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sumqayıt"ı qəbul edəcək. Buna qədər iki ev oyununu Şamaxı şəhər stadionunda keçirmiş İmişli təmsilçisi üçün yeni arenada bu ilk matç olacaq.

Günün son qarşılaşmasında isə "Turan Tovuz" "Azersun Arena"da "Qəbələ"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası, IV tur
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu

19:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Azersun Arena"

Qeyd edək ki, turun ilk günündə “Kəpəz” 0:2 hesabı ilə “Araz-Naxçıvan”a uduzubsa, “Qarabağ” “Zirə” ilə 1:1 hesabla bərabərə qalıb.

Seçilən
22
22
teleqraf.com

10Mənbələr