AZ

“Supermen” zədələndi, çəkiliş təxirə düşdü

“Supermen” filminin ulduzu, britaniyalı aktyor Henri Kevill “Amazon MGM Studios” və “United Artists” tərəfindən çəkilən “Highlander” (“Qorxmaz”) filminin yenidən ekranlaşdırılmasına hazırlıq zamanı məşqdə zədə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Aldığı zədə səbəbilə filmin çəkilişi ən azı gələn ilin əvvəlinə qədər təxirə salınıb.

Filmin rejissoru Çad Staxelski, ssenari müəllifi isə Maykl Finçdir.

Kevill ilə yanaşı filmdə Rassel Krou, Marisa Abela, Karen Gillan, Cimon Hounsou, Deyv Bautista və Max Zhang da rol alacaq.

Seçilən
4
3
publika.az

4Mənbələr