AZ

Yaşayış binasındakı yanğın nəticəsində iki azyaşlı zəhərlənib

Paytaxtın Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yeni tikili yaşayış binasında yanğın baş verib.

AzEdu.az xəbər verir ki, hadisə nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi və təcili yardım əməkdaşları cəlb olunub. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.

Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
3
azedu.az

10Mənbələr